Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə KİV-lərinin Suriya ilə müharibə barədə yaydığı xəbərləri təkzib edib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, Davudoğlu bildirib ki, Türkiyənin təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər həyata keçiriləcək. Suriya ilə müharibə barədə isə heç bir bəyanat olmayıb.
Ankara regionla bağlı bütün qərarları kənar məsləhət olmadan qəbul edir. Ona görə də zərurət olarsa, Türkiyə Suriya ilə müharibəyə hazırdır. Bu gün səhər bir sıra Türkiyə KİV-in verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.