...

"Həmas"ın israilli girovu Gilad Şalit Qahirəyə gətirilib - KİV

Siyasət Materials 12 Oktyabr 2011 11:39 (UTC +04:00)
2006-cı ilin iyunundan islamçı "Həmas" hərəkatının əsirliyində olan israilli kapral Gilad Şalit bu gün səhər Rafah sərhəd keçid məntəqəsi vasitəsilə Qahirəyə gətirilib.
"Həmas"ın israilli girovu Gilad Şalit Qahirəyə gətirilib - KİV

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Tağıyeva/

2006-cı ilin iyunundan islamçı "Həmas" hərəkatının əsirliyində olan israilli kapral Gilad Şalit bu gün səhər Rafah sərhəd keçid məntəqəsi vasitəsilə Qahirəyə gətirilib. Trend-in məlumatına görə, bu barədə ərəb KİV-i Misirin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər verib.

Şalit Qahirəyə "Həmas"la İsrail arasında əsirlərin dəyişdirilməsi barədə sazişə nail olunduqdan sonra gətirilib. O, tərəflərin mübadilənin bütün detallarını razılaşdırmasına qədər Misir paytaxtında qalacaq.

Dünən Qəzza sektorunda Gilad Şalitin İsrail həbsxanalarında saxlanılan min fələstinli əsirlə dəyişdirilməsi barədə razılaşma əldə olunub.

İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də "Həmas" hərəkatına əsir düşüb. İsraillini azad edilməsi üçün islamçılar mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb edib. "Həmas" habelə İsrail həbsxanalarından bütün fələstinli qadınların və uşaqların buraxılmasını da tələb edib.

Xəbər lenti

Xəbər lenti