...

Türkiyə kürd separatçılarının liderinin mümkün həbsi ilə bağlı vəziyyəti izləyir – XİN

Siyasət Materials 12 Oktyabr 2011 15:47 (UTC +04:00)
Türkiyə hakimiyyəti terrorçu Kürd Fəhlə Partiyasının (PKK) lideri Murat Karayılanın İran tərəfindən mümkün həbsi ilə bağlı vəziyyəti izləyir.
Türkiyə kürd separatçılarının liderinin mümkün həbsi ilə bağlı vəziyyəti izləyir – XİN

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hakimiyyəti terrorçu Kürd Fəhlə Partiyasının (PKK) lideri Murat Karayılanın İran tərəfindən mümkün həbsi ilə bağlı vəziyyəti izləyir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

"Bu məsələdə Türkiyə hakimiyyətinin rəsmi bəyanatlarına etibar etmək lazımdır", - Davudoğlu deyib.

O həmçinin qeyd edib ki, İran və Türkiyə terrorizmlə mübarizədə sıx əməkdaşlıq edir.

Dünən Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, Türkiyə hakimiyyəti PKK liderinin həbsi məsələsinə aydınlıq gətirəcək.

Türkiyə KİV bir neçə dəfə İran kəşfiyyatçıları tərəfindən PKK-nın idarəçiliyində ikinci şəxs olan Karayılanın həbsi barədə bəyanatlar dərc edib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti