...

GUAM-ın terrorizmlə mübarizə üzrə işçi qrupunun iclası keçirilib

Siyasət Materials 14 Oktyabr 2011 19:11 (UTC +04:00)
Kiyevdə oktyabrın 13-14-də GUAM Katibliyində Azərbaycanın sədrliyi ilə terrorizmlə mübarizə üzrə işçi qrupunun 7-ci iclası keçirilib.
GUAM-ın terrorizmlə mübarizə üzrə işçi qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Kiyevdə oktyabrın 13-14-də GUAM Katibliyində Azərbaycanın sədrliyi ilə terrorizmlə mübarizə üzrə işçi qrupunun 7-ci iclası keçirilib.

Nümayəndə heyətləri milli qanunvericiliyin təkmilləşdirilməsi, regional əməkdaşlıqda iştirak haqqında fikir mübadiləsi aparıblar. Bu barədə cümə günü təşkilatdan Trend-ə verilən məlumatda deyilir.

İclasın gedişində GUAM çərçivəsində informasiyanın kriptoqrafik mühafizəsi, hazırlıq mərhələsi və avadanlığın instalyasiyası üzrə layihənin həyata keçirilməsi gedişinə nəzər salınıb.

Nümayəndə heyətləri Azərbaycanda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin və Ukraynada keçiriləcək 2012-ci il Avropa çempionatının final mərhələsinin təhlükəsizliyi ilə bağlı tədbirlərə hazırlıq barədə GUAM-a üzv ölkələrin hüquq-mühafizə orqanları və antiterror təşkilatlarının təmsilçilərinin məlumatları ilə tanış olublar.

Terrorizmlə mübarizə üzrə işçi qrupu GUAM-ın kiberterrorizm və kibercinayətkarlıqla qarşıdurma sahələrində beynəlxalq layihələrə qoşulması, eləcə də GUAM-ın virtual mərkəzi mexanizminin istifadəsi ilə daimi fəaliiyət göstərən əlaqə məntəqələrinin yaradılması imkanlarının lehinə çıxış edib.

İclas iştirakçıları beynəlxalq təşkilatlar çərçivəsində GUAM-ın XİN Şurası tərəfindən təsdiq olunmuş əməkdaşlıq planlarının həyata keçirilməsi kontekstində terrorizmin qarşısının alınması və mübarizə sahəsində qarşılıqlı fəaliyyətin gələcək inkişafına olduqlarını ifadə ediblər.

İclasın yekunu üzrə protokol imzalanıb.

Terrorizmlə mübarizə üzrə işçi qrupunun növbəti iclası Bakıda 2012-ci ilin aprel ayında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti