Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bəzi kütləvi informasiya vasitələrində guya oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında özünü Azərbaycan İslam Partiyası adlandıran qurumun üzvlərinin və təəssübkeşlərinin etiraz aksiyası keçirməsi, polisin aksiyanı dağıtması və bu zaman 200-250 nəfər "islamçı"nın saxlanılması barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, qəsdən yayılmış bu məlumatlar həqiqətdən uzaqdır. Belə ki, həmin tarixdə Ədliyyə Nazirliyinin binası qarşısında hər hansı aksiya keçirilməyib və polis tərəfindən də heç kim saxlanılmayıb.
DİN: Bakıda "islamçılar"ın hər hansı aksiyası keçirilməyib
Bəzi kütləvi informasiya vasitələrində guya oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında özünü Azərbaycan İslam Partiyası adlandıran qurumun üzvlərinin və təəssübkeşlərinin etiraz aksiyası keçirməsi, polisin aksiyanı dağıtması və bu zaman 200-250 nəfər «islamçı»nın saxlanılması barədə məlumatlar yayılıb