...

İsrail embarqonu ləğv etməsə belə, "Azadlıq donanması-2" Qəzzaya yola düşəcək

Siyasət Materials 17 Oktyabr 2011 12:49 (UTC +04:00)
İsrail embarqonu ləğv etməsə belə, "Azadlıq donanması-2" Qəzzaya yola düşəcək.
İsrail embarqonu ləğv etməsə belə, "Azadlıq donanması-2" Qəzzaya yola düşəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

İsrail embarqonu ləğv etməsə belə, "Azadlıq donanması-2" Qəzzaya yola düşəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Qəzza sektoruna humanitar yardımın çatdırılması planlarına həsr olunmuş konfransda Türkiyənin "İnsani Yardım Fondu" (İHH) qeyri-hökumət təşkilatının prezidenti Bülənd İldırım bildirib.

"İsrailin tətbiq etdiyi embarqoya baxmayaraq, "Azadlıq donanması-2" Qəzzaya yola düşəcək", - İldırım deyib.

Onun sözlərinə görə, İHH-nin və "Azadlıq donanması"nın fəallarının hərəkətlərində qanunazidd heç nə olmayıb və yoxdur, onların fəaliyyəti beynəlxalq hüquq çərçivəsindədir.

Bir müddət əvvəl "Azadlıq donanması"nın nümayəndəsi və İnsani Yardım Fondunun (İHH) idarə heyətinin üzvü Hüseyn Oruc bildirib ki, Türkiyə tərəfi "Azadlıq donanması 2"-nin təşkilatçı ölkələri ilə Qəzza sektoruna ikinci humanitar karvanın yola salınması barədə danışıqlar aparır. "Azadlıq donanması 2"-də 22 qeyri-hökumət təşkilatı iştirak edəcək. Türkiyə tərəfi donanmanın iştirakçısı olan ölkələrlə razılığa gələn kimi humanitar yardım Qəzzaya yola salınacaq.

2010-cu il mayın 31-də İsrail hərbçiləri Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücum edib. Doqquz Türkiyə vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib və İsraildən Türkiyə vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini və həlak olanların ailələrinə təzminat ödənilməsini tələb edib.

Öz növbəsində, Təl-Əviv təkid edir ki, Qəzza sektorunun silah və hərbi sursat qaçaqmalçılığının qarşısının alınmasına yönəlmiş dənizdən blokadası qanunidir və "Azadlıq donanması"nın iştirakçıları İsrail hakimiyyətini bilərəkdən sərt hərəkətlər həyata keçirməyə təhrik ediblər.

Xəbər lenti

Xəbər lenti