...

İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları ilə bağlı Türkiyə Prezidenti və Baş nazirinə başsağlığı verib

Siyasət Materials 19 Oktyabr 2011 17:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları ilə bağlı başsağlığı verib
İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları ilə bağlı Türkiyə Prezidenti və Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları ilə bağlı başsağlığı verib.

"Ölkənizin cənub-şərqində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm" İlham Əliyev başsağlığında deyib.

Başsağlığında daha sonra qeyd olunub:

"Biz bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik. Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!".

Xəbər lenti

Xəbər lenti