...

Ankara və Tehran Türkiyədə AvroRHM-in yerləşdirilməsini müzakirə edəcəklər

Siyasət Materials 22 Oktyabr 2011 12:26 (UTC +04:00)
Tehran və Ankara AvroRHM elementlərinin Türkiyə ərazisində yerləşdirilməsi ilə bağlı məsələnin müzakirəsi üçün bir neçə görüş keçirəcək.
Ankara və Tehran Türkiyədə AvroRHM-in yerləşdirilməsini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Tehran və Ankara AvroRHM elementlərinin Türkiyə ərazisində yerləşdirilməsi ilə bağlı məsələnin müzakirəsi üçün bir neçə görüş keçirəcək. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi CNN Türk telekanalına müsahibəsində bildirib.

AvroRHM elementlərinin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunub və Türkiyə əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək görtərib.

AvroRHM radarının Kürəcikdəki bazada yerləşdirilməsinə dair sazişi ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone və Türkiyə xarici işlər nazirinin müşaviri Firuddin Sınırlıoğlu imzalayıb.

Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu NATO-nun raket hücumundan müdafiə (RHM) sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsinin hansısa ölkəyə qarşı yönəlmədiyini bəyan edib.

"Raket əleyhinə müdafiə sistemi NATO-nun layihəsidir və ayrılıqda heç bir ölkədə aid deyil. Bu layihənin hazırlanması zaman biz bununla bağlı öz narahatçılığımızı bildirdik", - Davudoğlu bildirib.

Davudoğlunun sözlərinə görə, Türkiyə belə bir bəyanatla İran tərəfinin bəyanatına cavab olaraq çıxış edir.

Rəsmi Tehran dəfələrlə Ankaraya raket hücumundan müdafiə (RHM) sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib.

"Belə addım İsrailin və regiondakı digər xarici qüvvələrin xeyrinədir", - İran XİN -in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirmişdi.

Xəbər lenti

Xəbər lenti