...

Atambayev Qırğızıstanda prezident seçkilərində qalib gəlib - MSK-nın ilkin nəticələri

Siyasət Materials 31 Oktyabr 2011 06:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Qırğızıstanın fəaliyyətdə olan baş naziri Almazbek Atambayev seçicilərin səslərinin 50 faizindən çoxunu yığaraq ölkədə keçirilən prezident seçkilərində qalib gəlib. Bu barədə RİA Novosti Qırğızıstan Mərkəzi Seçki Komitəsinin saytına istinadən məlumat verir.

Məlumata əsasən, seçki protokollarının artıq 79,77%-i hesablanıb.

Qırğızıstanın seçkilərə dair Konstitusiya qanununa əsasən, qələbə üçün namizəd 50 faiz səsdən çoxunu toplamalıdır. Seçkilərdə iştirak etmiş 1,827 miyon vətəndaşdan 915,068 mini Atambayevə səs verib ki, bu səs verənlərin 50 faizindən çoxunu təşkil edir.

FHN-nin keçmiş başçısı, "Ata-Jurt" partiyasının lideri Kamçıbek Taşiyevə 215,626 nəfər, sabiq dövlət katibi, "Birləşmiş Qırğızıstan" partiyasının başçısı Adaxan Madumarova isə 209,677 nəfər səs verib.

Yerli vaxtla saat 8.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb. Seçkilərdə prezidentliyə 16 namizəd mübarəzə aparır.

Qırğızıstanın yeni qəbul olunmuş Konstitusiyasına görə, ölkədə prezident altı ilə seçilir, bir şəxs yalnız bir dəfə dövlət başçısı seçilə bilər.

Rəsmi məlumatlara görə, prezident seçkiləri zamanı Qırğızıstanda 2 289, dünyanın 23 ölkəsində isə 29 seçki məntəqəsində səsvermə həyata keçirilib.

Ölkədə 3 milyondan çox seçici qeydiyyatdan keçib.

Seçkiləri 56 ölkədən 792 beynəlxalq müşahidəçi izləyir.

Xəbər lenti

Xəbər lenti