...

Azərbaycan Prezidenti Rusiya Hesablama Palatasının sədrini qəbul edib

Siyasət Materials 1 Noyabr 2011 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.
Azərbaycan Prezidenti Rusiya Hesablama Palatasının sədrini qəbul edib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.

Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük məmnunluq hissi ilə xatırlayıb. Sergey Stepaşin Rusiya Federasiyasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti