...

Fazil Mustafa: Rusiyalı jurnalisti Azərbaycana qarşı açıqlama verməyə erməni dostları təşviq ediblər

Siyasət Materials 5 Noyabr 2011 13:51 (UTC +04:00)
Gorünür, rusiyalı jurnalisti erməni dostları Azərbaycana qarşı açıqlama verməyə təşviq ediblər.
Fazil Mustafa: Rusiyalı jurnalisti Azərbaycana qarşı açıqlama verməyə erməni dostları təşviq ediblər

Azərbaycan, Bakı, 5 noyabr / Trend müxbir E.Mehdiyev/

Gorünür, rusiyalı jurnalisti erməni dostları Azərbaycana qarşı açıqlama verməyə təşviq ediblər. Bunu şənbə günü Trend-ə millət vəkili Fazil Mustafa "Vesti FM" radiostansiyasının "Vladimir Solovyovla səhər. Tam əlaqə" proqramının aparıcısı Vladimir Solovyovun Azərbaycanın əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

"Bu, olduqca səviyyəsiz hərəkətdir. Məncə, Azərbaycan tərəfi məsələ ilə bağlı həssaslığını Rusiya tərəfinə bildirməlidir, çünki bu cür səviyyəsiz və ağlasığmaz hərəkətlər münasibətlərə çox ciddi zərbə vura bilər. Ona görə də, belə məsələlərdə müəyyən addımların atılması vacibdir", - Mustafa qeyd edib.

Noyabrın 1-də Rusiyanın "Vesti FM" radiostansiyasında "Vladimir Solovyovla səhər. Tam əlaqə" proqramının aparıcısı Vladimir Solovyov Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına bəşəri dəyərlərə və jurnalist etikasına sığmayan ifadələr işlədib. Onun bu davranışı dinindən və dilindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının hiddətinə səbəb olub. Ölkəmizin din ictimaiyyəti də bu məsələyə kəskin reaksiya verir.

Xəbər lenti

Xəbər lenti