Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Ukrayna və Azərbaycan hüquqi yardım haqqıında müqavilə çərçivəsində əməkdaşlığın intensivləşdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən UNİAN-a verilən məlumata görə, bu barədə söhbət Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviçlə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin görüşündə gedib.
Görüş noyabrın 8-də Ukraynanın Ədliyyə Nazirliyində keçirilib.
Azərbaycan səfirinin sözlərinə görə, səfirlik iki ölkə üçün qüvvədə olan beynəlxalq hüquq müqavilələri çərçivəsində Ukraynada istintaq altında olan, mühakimə olunan və ya məhkəmə qərarı ilə cəza çəkən Azərbaycan vətəndaşlarının sayı haqqında məlumatın əldə olunmasına görə minnətdar olardı. Səfirin sözlərinə görə, bu, Ukraynada Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı səfirliyin işinə kömək edərdi.
Mədətli habelə münasibətlərin, o cümlədən azadlıqdan məhrum edilmiş şəxslərin gələcəkdə cəzalarını çəkmək üçün ekstradisiyası və təhvil verilməsi sahəsində normativ bazanın inkişafına tərəfdar olduğunu bildirib.
Görüş zamanı tərəflər hüquq sahəsində ikitərəfli müqavilə-hüquq bazasının və idarələrarası əlaqələrin inkişafının aktuallığına dair qarşılıqlı razılıqlarını ifadə ediblər.
Bu kontekstdə Ukraynanın ədliyyə naziri azərbaycanlı həmkarı Fikrət Məmmədovu Ukraynaya rəsmi səfərə dəvət edib.