...

Bakıda Azərbaycan-İsrail münasibətləri müzakirə olunur

Siyasət Materials 10 Noyabr 2011 11:21 (UTC +04:00)
İsrailin milli infrastruktur naziri Uzi Landau cümə axşamı Bakıda ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bakıda Azərbaycan-İsrail münasibətləri müzakirə olunur

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir S.Ağayeva/

İsrailin milli infrastruktur naziri Uzi Landau cümə axşamı Bakıda ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər proqramına Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevlə görüşlər daxildir.

O cümlədən danışıqlarda Xəzər neftinin İsrailə tədarükü məsələsi və İsrailin yataqlarının işlənməsinin perspektivləri müzakirə olunacaq.

Landaunun Azərbaycanın yəhudi icmasının üzvləri və ölkə parlamentinin deputatları ilə görüşəcəyi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti