...

Vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında MSK treninqlərinin böyük rolu var - sədr müavini

Siyasət Materials 11 Noyabr 2011 11:51 (UTC +04:00)
Azərbaycanda vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında Mərkəzi Seçki Komissiyasının (MSK) treninqlərinin böyük rolu var.
Vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında MSK treninqlərinin böyük rolu var - sədr müavini

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında Mərkəzi Seçki Komissiyasının (MSK) treninqlərinin böyük rolu var. Trend-in məlumatına görə, bunu MSK-nın sədr müavini Natiq Məmmədov cümə günü bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərə hazırlıqla bağlı trenerlər üçün treninqlərin başlaması mərasimində bildirib.

Məmmədov qeyd edib ki, MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi artıq bir ənənə halını alıb.

"Bu dəfəki treninqlər də əvvəlki maarifləndirici tədbirlər kimi çox əhəmiyyətlidir və məntəqə seçki komissiyalarının üzvlərinə treyninq keçəcək trenerlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir", - o bildirib.

MSK sədrinin müavini vurğulayıb ki, məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının səviyyəsi bu tədbirdə treninq keçəcək trenerlərin peşəkarlığından asılı olacaq.

MSK Katibliyinin müdiri Rövzət Qasımov tədbirdə çıxışında bildirib ki, trenerlər üçün treninqlər Komissiyanın həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə proqramının tərkib hissəsidir. O, treninqlərin əhəmiyyətindən danışaraq bildirib ki, MSK üzvlərinin praktik hazırlığı onların nəzəri biliklərə malik olmaları qədər əhəmiyyətlidir.

Sonra MSK-nın treninq qrupunun trenerləri seçki günü icra olunan müxtəlif proseduralarla bağlı məşğələlər keçiblər.

Treninqlərdə seçkilər təyin olunmuş seçki dairələrinin dairə seçki komissiyalarında fəaliyyət göstərən trenerlər iştirak edir.

Treninqlər iki gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti