Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da "Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib.
Trend-in məlumatına görə, "Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğuladı.
Ötən dövrü "Euronews" kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.
İlham Əliyev “Euronews” kanalının Müşahidə Şurasının sədri və İcraedici Şuranın baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib