...

ABŞ-ın Dəniz Qüvvələri katibi Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Noyabr 2011 14:52 (UTC +04:00)
ABŞ-ın Dəniz Qüvvələri katibi Rey Meybas (Ray Mabus) noyabrın 20-21-də Azərbaycanda səfərdə olacaq. Bu barədə çərşənbə günü Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
ABŞ-ın Dəniz Qüvvələri katibi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Dəniz Qüvvələri katibi Rey Meybas (Ray Mabus) noyabrın 20-21-də Azərbaycanda səfərdə olacaq. Bu barədə çərşənbə günü Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfər zamanı Meybas Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək və ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək.

Müdafiə katibinin tabeliyində olan, baş icraedici rəhbər kimi Dəniz Qüvvələri katibi Dəniz Qüvvələri Departamentinin bütün işlərini aparır. Dəniz Qüvvələri Departamenti iki formalı xidmətdən ibarətdir: ABŞ Dəniz Qüvvələri və ABŞ Dəniz Korpusu. Dəniz Qüvvələri Katibi milli təhlükəsizlik siyasətinə və Prezident və ya Müdafiə katibi tərəfindən qoyulmuş məqsədlərə uyğyn olaraq siyasətlərin və proqramların təşkilinə və icrasına cavabdehdir.

Xəbər lenti

Xəbər lenti