...

İlham Əliyev Oman Sultanı və Latviya Prezidentini təbrik edib

Siyasət Materials 17 Noyabr 2011 18:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Qabus bin Səidə və Latviya Prezidenti Andris Berzinşə təbrik məktubları ünvanlayıb.
İlham Əliyev Oman Sultanı və Latviya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Qabus bin Səidə və Latviya Prezidenti Andris Berzinşə təbrik məktubları ünvanlayıb.

"Omanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Oman arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir", - Oman Sultanına ünvanlanan təbrik məktubunda bildirilir.

İlham Əliyev Qabus bin Səidə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Oman xalqına sülh və tərəqqi arzulayıb.

"Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Latviya münasibətləri hərtərəfli inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ölkələrimizi birləşdirən ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik", - Latviya Prezidentinə ünvanlanan məktubda deyilir.

İlham Əliyev Belə Andris Berzinşə ən xoş arzularını yetirib, dost Latviya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti