...

YAP-ın yaradılmasının 19 illiyi Nərimanov rayon İcra Hakimiyyətində qeyd olunub

Siyasət Materials 21 Noyabr 2011 14:45 (UTC +04:00)
Nərimanov rayon İcra Hakimiyyətində bazar ertəsi Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 19 illiyinə həsr olunmuş konfrans keçirilib.
YAP-ın yaradılmasının 19 illiyi Nərimanov rayon İcra Hakimiyyətində qeyd olunub

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Bakının Nərimanov rayon İcra Hakimiyyətində bazar ertəsi Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 19 illiyinə həsr olunmuş konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, YAP-ın Bakı şəhərində ilk dəfə Nərimanov rayonunda idarəsi yaradılıb.

O qeyd edib ki, YAP Azərbaycanın taleyüklü məsələlərinin həllində əsas yer tutur.

Fərzəliyev deyib ki, bu gün Azərbaycan ümummilli liderin ideyalarını həyata keçirən Prezident İlham Əliyevlə sürətlə inkişaf edir.

İcra başçısı qeyd edib ki, hazırda Nərimanov rayonunda geniş yenidənqurma və abadlıq işləri aparılır. O, həmçinin deyib ki, son iki il ərzində rayon ərazisində 1500 ailənin mənzil şəraiti yaxşılaşdırılıb.

Konfransda YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev, Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkili Aqiyə Naxçıvanlı, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli və digər partiya fəalları çıxışlarında Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqının həyatında oynadığı rolundan danışıblar.

Xəbər lenti

Xəbər lenti