...

Azərbaycan Prezidenti albaniyalı həmkarını təbrik edib

Siyasət Materials 26 Noyabr 2011 15:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bamir Topiyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti albaniyalı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bamir Topiyə təbrik məktubu ünvanlayıb.

"Albaniya Respublikasının milli bayramı - Bayraq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıram", - Trend-in məlumatına görə, İlham Əliyevin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti