...

İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 29 Noyabr 2011 19:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul edib.
İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul edib.

Səfir Daniel Kristian Çiobanu fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Daniel Kristian Çiobanu etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün güclü hüquqi bazanın olduğunu dedi. Prezident İlham Əliyev Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan NATO əlaqələrinin inkişafındakı rolunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Daniel Kristian Çiobanunun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirən Daniel Kristian Çiobanu ölkələrimizin ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı. Diplomat ölkələrimiz arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün Azərbaycan və Rumıniya prezidentləri tərəfindən imzalanan birgə Fəaliyyət Planının önəmini qeyd etdi. Daniel Kristian Çiobanu ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə, o cümlədən enerji sektorunda əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Rumıniyalı diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Xəbər lenti

Xəbər lenti