...

İran polisi 6 britaniyalı diplomatı azad edib

Siyasət Materials 29 Noyabr 2011 20:25 (UTC +04:00)
İran polisi 6 britaniyalı diplomatı azad edib. Bu barədə Trend çərşənbə axşamı FARS agentliyinə istinadən məlumat verir.
İran polisi 6 britaniyalı diplomatı azad edib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

İran polisi 6 britaniyalı diplomatı azad edib. Bu barədə Trend çərşənbə axşamı FARS agentliyinə istinadən məlumat verir.

Məlumata görə, 200 tələbə hələ də səfirlikdə qalmaqda davam edir. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bəzi aksiya iştirakçıları həbs edilib.

Lakin İranın MEHR agentliyinin məlumatına əsasən, aksiya iştirakçıları yenidən səfirliyin binasına hücum ediblər.

Bu gün Tehran Universitetinin tələbələri Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı Britaniyanın və İsrailin bayraqları yandırılıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, aksiya iştirakçıları Britaniyanın və Qərb ölkələrinin İrana qarşı yürütdüyü siyasəti pisləyiblər.

FARS agentliyinin məlumatına əsasən, aksiya iştirakçıları Böyük Britaniya səfirliyinin ərazisinə girərək, bu ölkənin bayrağını endirib yerinə İran bayrağını asıblar.

Bir müddət əvvəl İran parlamenti Britaniya ilə diplomatik və iqtisadi əlaqələrin məhdudlaşdırılması haqqında qanun qəbul edib. Parlamentarilərin əksəriyyəti iki həftə ərzində Britaniya səfirinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq ediblər.

Britaniya bu ayın əvvəlində İrana qarşı sanksiyalar elan etmişdi.

Xəbər lenti

Xəbər lenti