Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir М.Əliyev/
Günorta saatlarına qədər Mərkəzi Seçki Komissiyasının "qaynar xətti"nə Azərbaycanda bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərdə qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb. Bunu çərşənbə günü Trend-ə MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib.
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla saat 12:00-a olan məlumata görə, 13,79 faiz (159 347 seçici) təşkil edir.
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb. 330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür.
Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - YeniAzərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri
bitərəfdir.
Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.
MSK səsvermənin gedişatı barədə məlumatı həmçinin 15:00, 17:00 və 19:00-da verəcək.