...

Azərbaycandakı Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verir

Siyasət Materials 4 Dekabr 2011 08:00 (UTC +04:00)
Dekabrın 4-də RF Dövlət Dumasına seçkilər günü Bakı və Qəbələdəki iki seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-dan Azərbaycanda müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsvermə prosesi başlayıb
Azərbaycandakı Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verir

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir S.Ağayeva/

Dekabrın 4-də RF Dövlət Dumasına seçkilər günü Bakı və Qəbələdəki iki seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-dan Azərbaycanda müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsvermə prosesi başlayıb.

Azərbaycanda müvəqqəti olan və ya yaşayan 6 mindən artıq Rusiya vətəndaşı dekabrın 4-də Dövlət Dumasına seçkilərdə iştirak edir. Bunun üçün Azərbaycanda iki seçki məntəqəsi açılıb. Bu barədə bazar günü Trend-ə RF-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatlarının seçkiləri haqqında" qanuna (2005-ci il) uyğun olaraq Rusiyanın xaricdəki idarələri həmin ölkələrdəki RF vətəndaşlarının səs vermələri üçün səsvermə təşkil edirlər.

Bundan çıxış edərək, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Azərbaycanda olan Rusiya vətəndaşları üçün səfirliyin konsul bölməsinin binasında (Bakı şəhəri, Bakıxanov küçəsi, 17) və Azərbaycanın şimal-qərbindəki Qəbələ rayonunun inzibati mərkəzindəki "Dəryal" analitik-informasiya mərkəzi şəhərciyinin ərazisində seçki məntəqələri açıb.

Səsvermə günü seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 20:00-dək açıq olacaq.

Hazırda 6 339 Rusiya vətəndaşı səfirliyin konsul uçotunda durur.

Xəbər lenti

Xəbər lenti