...

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Siyasət Materials 8 Dekabr 2011 19:06 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dekabrın 8-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Trend-in hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytna istinadən verdiyi məlumata görə, iclasda bir sıra məsələlər müzakirə edilib.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında Nizamnaməyə uyğun olaraq keçirilən növbəti hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat verib.

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Çıxışlar zamanı bildirilib ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu gün partiya bir sıra ölkələrin siyasi təşkilatları ilə ikitərəfli əlaqələrə malikdir. Qeyd edilib ki, bu qəbildən olan tədbirlər partiyanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və bu istiqamətdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

İdarə Heyətində bir sıra cari məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti