Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Ermənistanda xalqın daxili soyqırımı baş verir. Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur deyib.
Aznavur Rusiyanın "Life Showbiz" portalına açıqlamasında bildirib ki, o, baş verənləri siyasi cəhətdən yolverilməz hesab edir.
"Ermənistana nəfəs almağa imkan verməyərək onun hökuməti öz ölkəsini gənclikdən məhrum edir, gənclər ölkədən gedir. Bu mənada problem artıq siyasi deyil, ümumbəşəri hal alıb. Bu problemi təcili həll etmək lazımdır", - Aznavur qeyd edib.
Aznavur öz turnesi çərçivəsində Moskvadadır.