...

Gələn il Azərbaycanın Astanadakı səfirliyi üçün yeni binanın tikintisinə başlanacaq

Siyasət Materials 14 Dekabr 2011 19:37 (UTC +04:00)
Gələn ilin əvvəlində Azərbaycanın Astanadakı səfirliyinin yeni binasının tikintisinə başlanacaq.
Gələn il Azərbaycanın Astanadakı səfirliyi üçün yeni binanın tikintisinə başlanacaq

Qazaxıstan, Astana, 14 dekabr /Trend, müxbir K.Konırova/

Gələn ilin əvvəlində Azərbaycanın Astanadakı səfirliyinin yeni binasının tikintisinə başlanacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Qazaxıstandakı diplomatik nümayəndəliyindəki mənbə deyib.

"Səfirliyin binasının tikintisi üçün torpaq sahəsi təsdiq edilib. Bu, Astananın sol sahili (Astana çayı), Ak-Ordanı (Prezident iqamətgahı) əhatə edən park kompleksinin qonşuluğundakı nüfuzlu ərazinin yaxınlığında yerləşir", - həmsöhbət bildirib.

Əvvəl verilən məlumata əsasən, paytaxtın köçürülməsi ilə bağlı bütün diplomatik nümayəndəliklərin Almatıdan Astanaya yerləşdirilməsindən sonra Azərbaycan səfirliyi Qazaxıstan paytaxtının sol sahilindəki diplomatik şəhərcikdə kottec icarəyə götürüb.

"Tikinti gələn ilin yanvar-fevralında başlamalıdır. Gələcək binanın təməlqoyma mərasimi təntənəli şəkildə keçiriləcək", - mənbə dəqiqləşdirib.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Azərbaycanın Astanada səfirliyi var. Qazaxıstanın 1994-cü ilin dekabrın 16-dan Bakıda səfirliyi açılıb. Hər iki ölkə MDB, İƏT və ATƏT-in tamhüquqlu üzvləridir.

Xəbər lenti

Xəbər lenti