...

İraqın xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 22 Dekabr 2011 12:32 (UTC +04:00)
İraqın xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb.
İraqın xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir S.Ağayeva/

İraqın xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb.

Cümə axşamı Azərbaycana rəsmi səfərə gələn İraqın xarici işlər naziri Huşyar Zibari ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində iraqlı nazirin Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər və rabitə nazirləri Elmar Məmmədyarov və Əli Abbasovla görüşləri gözlənilir.

İraqın XİN rəhbərinin səfərinin yekunları üzrə mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti