...

Türkiyə və Ukrayna viza rejiminin ləğvi haqqında saziş imzalayıblar

Siyasət Materials 22 Dekabr 2011 19:51 (UTC +04:00)
Türkiyə və Ukrayna arasında viza rejiminin ləğvi haqqında saziş imzalanıb.
Türkiyə və Ukrayna viza rejiminin ləğvi haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Ukrayna arasında viza rejiminin ləğvi haqqında saziş imzalanıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkələr, xüsusilə, iqtisadiyyat və enerji sahəsində ikitərəfli münasibətlərin inkişafı haqqında razılığa gəliblər. Bununla da ölkələr 2020-ci ilə qədər mal dövriyyəsini 40 milyard dollara çatdırmaq niyyətindədirlər.

Ukrayna Prezidenti Viktor Yanukoviç Türkiyədə rəsmi səfərdədir.

Türkiyə Ukraynanın vacib iqtisadi tərəfdaşıdır. Son illər iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artır və 2010-cu ilin yekunları üzrə 4,3 milyard təşkil edib.

Xəbər lenti

Xəbər lenti