...

Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər davam edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Dekabr 2011 17:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər davam edir (ƏLAVƏ OLUNUB)

Təbriklər əlavə olunub (ilk xəbər saat 14:55-də yayılıb)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər davam edir.

Stravropol diyarının qubernatoru Valeri Qayevski Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib.

"50 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Sizin Qafqazda sülhün və həmrəyliyin qorunub saxlanmasına yönəlmiş səyləriniz ən dərin hörmətə layiqdir. Sizin yaradıcı enerjiniz və məqsədyönlü fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası dinamik inkişaf edir, sakinlərinin həyat səviyyəsi yüksəlir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəzərdə tutduğunuz planların həyata keçirilməsi üçün tükənməz enerji və məsuliyyətli vəzifənizdə Azərbaycan Respublikası və onun sakinləri naminə işinizdə uğurlar arzulayıram. Azərbaycan ilə Stavropol diyarı arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirəm", - Qayevskinin təbrik məktubunda deyilir.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin. Siz yaradıcı, məqsədyönlü fəaliyyətinizin bütün mərhələlərində öz istedadınızı, təcrübə və enerjinizi bütünlüklə Azərbaycan xalqının maraqlarına təmənnasız xidmətə həsr etmisiniz. Siz dahi atanız Heydər Əliyevin ənənələrini davam etdirərək, ölkənin inkişafının dönüş dövrlərindən birində onun rəhbəri tarixi missiyasını böyük məsuliyyət və müdrikliklə yerinə yetirirsiniz", - məktubda deyilir.

Umaxanov məktubunda qeyd edib ki, respublikada dövlətçiliyin gələcək təşəkkülü və möhkəmlənməsi, onun sosial-iqtisadi inkişafında sanballı uğurlar, Azərbaycan millətinin mənəvi-əxlaqi dirçəlməsi bu gün ayrılmaz surətdə İlham Əliyevin adı ilə bağlıdır.

"Azərbaycan Respublikasının həyat fəaliyyətinin bütün sahələrində irimiqyaslı dəyişikliklər Azərbaycanın hüdudlarından uzaqlarda, o cümlədən Rusiya Federasiyasında haqlı olaraq hörmət doğurur.
Bu gözəl əlamətdar gündə Sizə ürəkdən möhkəm cansağlığı, Qafqaz uzunömürlülüyü və Azərbaycan xalqının səadəti naminə gələcək uğurlar arzulayıram. Sizin Dağıstana və bizim ailəyə münasibətinizi çox qiymətləndirirəm", - məktubda deyilir.

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edir ki, Azərbaycan Prezidentinin ömür yolu, dövlətin maraqlarına sadiqliyi, fəal həyat mövqeyi Azərbaycana hədsiz sədaqətlə xidmətin parlaq nümunəsidir.

"Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin ömür yolunuz, dövlətinizin maraqlarına sadiqliyiniz, fəal həyat mövqeyiniz Azərbaycana hədsiz sədaqətlə xidmətin parlaq nümunəsidir. Bu gün Siz bütün gücünüzü, təcrübə və biliklərinizi xalqın rifahına sərf edərək çalışır, planları məharətlə real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz çox cəhətdən ölkənin sosial-iqtisadi inkişafına, sakinlərinin həyat səviyyəsinin və firavanlığının yüksəlməsinə kömək edir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram", - məktubda bildirilir.

Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurov da Azərbaycan dövlətinin başçısını doğum günü münasibətilə təbrik edib.

"Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanda olduğum günlər və Sizin müstəsna qonaqpərvərliyiniz ümidvar olmağa imkan verir ki, aramızdakı dostluq və əməkdaşlıq illər keçdikcə maraqlı və qarşılıqlı faydalı işlərlə yalnız möhkəmlənəcək və qüvvətlənəcəkdir. Bunun təminatı Rusiya və Qafqaz xalqlarının birgə sülh, həmrəylik və sabitlik səyləridir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və günəşli Azərbaycan sakinlərinin rifahı naminə yeni nailiyyətlər arzulayıram", - Mamsurov təbrik məktubunda qeyd edir.

"Möhtərəm İlham Heydər oğlu! Sizin yubileyiniz münasibətilə Dağıstan Respublikasında yaşayan azərbaycanlılar adından ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin. Biz qəlbən yaxın saydığımız, Sizin rəhbərliyiniz altında sürətlə inkişaf edən və daimi qürur mənbəyimiz olan Azərbaycanın bu gün necə bir yüksəliş yaşadığını görürük.

Möhtərəm İlham Heydər oğlu, Siz dünya miqyaslı müdrik və təcrübəli dövlət xadimi və lider Heydər Əliyevin işinin layiqli davamçısı kimi ölkədə sülhün, təhlükəsizliyin və sabitliyin inkişafında böyük uğurlar qazanmısınız. Azərbaycan müasir dünyada sabitliyi və əmin-amanlığı ilə fərqlənən az sayda dövlətlərdən biridir.

İcazə verin, Azərbaycan və Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi istiqamətində çoxşaxəli fəaliyyətinizə, Dağıstanda yaşayan biz azərbaycanlılara dəstək və diqqətinizə görə Sizə çox böyük minnətdarlığımı bildirim. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qardaş Azərbaycanın tərəqqisi və ərazi bütövlüyü naminə yeni uğurlar arzulayırıq", - Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanovun təbrikində deyilir.

"Hörmətli İlham Heydər oğlu! Əlamətdar yubileyiniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin! Siz bu əlamətdar yaş həddinə fəaliyyətinizin elə nəticələri ilə çatmısınız ki, onlarla hər bir ölkənin lideri fəxr edə bilər! Azərbaycan sabit inkişaf edir, genişmiqyaslı sosial-iqtisadi inkişaf layihələrini ardıcıl reallaşdırır, beynəlxalq arenada, energetika sahəsində qlobal əməkdaşlıq layihələrinin həyata keçirilməsində öz rolunu gücləndirir.

Rusiya və Azərbaycan xalqları arasında əlaqələr durmadan inkişaf edir və bu, Sizin çox böyük şəxsi töhfənizdir! Sizin parlaq fərdi xüsusiyyətləriniz və gözəl insani keyfiyyətləriniz həmişə yeni tərəfdarlar cəlb etmişdir və cəlb etməkdədir, çoxsaylı insanları Azərbaycana dost edir.

Sizə Azərbaycan xalqının rifahı naminə, xalqlarımızın və ölkələrimizin səmimi və möhkəm münasibətləri naminə səmimi qəlbdən uzun ömür, səmərəli fəaliyyət arzulayıram! Sizin gözəl, günəşli diyarınıza sülh və firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik və sevgi diləyirəm!", - Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Svetlana Orlova təbrikində bildirib.

"Hörmətli İlham Heydər oğlu! Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm! Siz, istedadlı və uzaqgörən siyasətçi, müdrik və enerjili rəhbər, doğma ölkənin rifahı və tərəqqisi naminə uzun illər səmərəli çalışırsınız. Sizin insanlara qayğınız, strateji təfəkkürünüz, ən mürəkkəb məsələləri səmərəli həll etmək bacarığınız Sizə xalqın dərin hörmətini və məhəbbətini, təkcə Azərbaycan Respublikasında deyil, həm də onun hüdudlarından çox uzaqlarda layiq olduğunuz nüfuzu qazandırmışdır.

Sankt-Peterburq ilə Azərbaycanı çoxdan bəri dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Həmin münasibətlər bu gün uğurla inkişaf edir. Müntəzəm konstruktiv dialoqa, birgə layihələrin reallaşdırılmasına Sankt-Peterburq Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Əməkdaşlıq üzrə Komissiyanın fəaliyyəti kömək edir. Əminəm ki, Sizin fəal dəstəyinizlə Sankt-Peterburq ilə Azərbaycan arasında qarşılıqlı faydalı işgüzar, elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi üzrə səmərəli iş davam edəcəkdir. Əlamətdar yubiley günündə Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram", - Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun təbrikində deyilir.

"Hörmətli İlham Heydər oğlu! Sizə çox dərin ehtiramımın səmimiliyinə inanın və icazə verin əlli illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edim! Biz Sizi möhkəm əqidəli, öz ölkəsinə ürəkdən sadiq olan və onun firavanlığına nail olmağa çalışan bir insan kimi tanıyırıq. Siz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına və prinsiplərinə sadiq qalaraq atanızın müstəqil müasir dövlət yaratmaq işini uğurla davam etdirirsiniz.

Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycan Respublikasının Həştərxan Vilayəti ilə qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına Sizin daimi diqqət və dəstəyinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Bunun sayəsində bizim regionda sosial yönümlü çox mühüm birgə layihələr həyata keçirilir. Ürəkdən inanıram ki, bizim aramızda yaranmış konstruktiv dialoq bundan sonra da Azərbaycan ilə Həştərxan Vilayəti arasında ikitərəfli əməkdaşlığın dərinləşməsinə tam həcmdə kömək edəcəkdir.

Sizin Azərbaycanın hər bir sakininin rifahına yönəlmiş enerjiniz və səmərəli işiniz bütün Azərbaycan xalqının səmimi etimadını qazanmışdır. Sizin peşəkarlığınız, prinsipiallığınız, təcrübəniz, insanlarla işləmək bacarığınız, xalqınızın mədəniyyətinə və tarixinə sevginiz Sizin öz dövlətinizin layiqli lideri olmasına dəlalət edir. 50 yaş çox böyük yaradıcı potensialın çiçəklənməsinin yalnız başlanğıcıdır. Bu yaşda bilik və təcrübə ehtiyatınız böyük, nəzərdə tutulanların hamısını həyata keçirmək üçün qüvvəniz və vaxtınız kifayət qədərdir.

Bu əziz gündə, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz enerji, nəzərdə tutduğunuz bütün planların reallaşmasını və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm. Əminəm ki, Siz Azərbaycan Respublikasının şanlı salnaməsinə hələ çox parlaq səhifələr yazacaq, güclü və çiçəklənən bir ölkənin təşəkkülünə çox böyük töhfə verəcəksiniz", - Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin təbrikində vurğulayıb.

"Hörmətli İlham Heydər oğlu! Olduqca əlamətdar, dostcasına müşahidə etdiyimizə görə Sizin üçün olduqca əziz bir gündə, yaxınlarınız, dostlarınız və həmkarlarınız Sizi gözəl kişi yubileyi - anadan olmağınızın 50 illiyi münasibətilə təbrik etdiyi bir vaxtda İTAR-TASS-ın kollegiyası, jurnalistlər, agentliyin bütün əməkdaşları bizim sözlərimizə qoşulurlar. Ad gününüz Azərbaycan xalqının Sizin rəhbərliyiniz altında sabitlik, iqtisadi inkişaf, yüksək mənəvi şəraitdə yaşadığı ilin sonuna təsadüf edir. Sizin respublikaya necə güclü enerji ilə, işinizi parlaq, peşəkar bilməklə, ardıcıllıq və əzmlə rəhbərlik etdiyinizi, Azərbaycanın tərəqqisinə təminatlı şəkildə nail olmağınızı biz yaxşı bilirik. Respublikanın Prezidenti vəzifəsində Sizin məqsədyönlü və fədakarcasına çalışdığınız bütün səkkiz il Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi, dostluq əlaqələrinin və hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə səciyyəvidir.

Biz bu təntənəli gündə Sizi səmimi qəlbdən təbrik edərək Sizinlə artıq ənənəyə çevrilmiş görüşlərimizi ən xoş duyğularla və Sizin Bakıda göstərdiyiniz qonaqpərvərliyə görə xüsusi minnətdarlıqla xatırlayırıq. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, çətin işinizdə yorulmazlıq və uğurlar, Sizə və gözəl ailənizə xoşbəxtlik və firavanlıq diləyirik. Qoy Sizin səyləriniz bundan sonra da Azərbaycan xalqı naminə, ölkələrimiz arasında dostluq və əməkdaşlıq naminə öz bəhrələrini versin", - İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko, İTAR-TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmanın təbrikində deyilir.

"Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Latviya ilə Azərbaycan arasında mövcud əməkdaşlığın möhkəm əsası olan qarşılıqlı maraq və səmimi dostluq münasibətlərinə söykənməsi məni məmnun edir. Ümid edirəm ki, bizim gələcək əməkdaşlığımız xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə çatacaqdır.

Cənab Prezident, ad gününüz münasibətilə Sizi bir daha təbrik edir, dərin ehtiramımı çatdırıram", - Latviya Respublikasının Prezidenti Andris Berzinş təbrikində bildirib.

"Hörmətli İlham Heydər oğlu, Sizi ad gününüz münasibətilə çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Müasir və dinamik inkişaf edən dövlət olan Azərbaycanın yeni uğurlarını haqlı olaraq Sizin adınızla bağlayırlar. Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.

Sizə ürəkdən Azərbaycan Prezidenti kimi yüksək vəzifədə gələcək uğurlar, habelə doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik, möhkəm cansağlığı və firavanlıq arzulayıram", - Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov təbrikdə qeyd edib.

"Hörmətli cənab Prezident! Sizi ad günü münasibətilə Ulyanovsk vilayətinin hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm! Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə uğurlar, Sizə və Sizin yaxınlarınıza şəxsi səadət və əmin-amanlıq arzulayıram!

Dostların səmimi və hərtərəfli dəstəyi qoy həmişə sizinlə olsun. Əminəm ki, dövlətlərimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir. Sizə olan böyük hörmətimi qəbul edin", - Ulyanovsk Vilayəti hökumətinin qubernator-sədri Sergey Morozovun təbrikində deyilir.

Xəbər lenti

Xəbər lenti