...

ABŞ hərbi qüvvələri İran körfəzində olmamalıdır - İranın müdafiə naziri

Siyasət Materials 4 Yanvar 2012 17:07 (UTC +04:00)
ABŞ hərbi qüvvələri İran körfəzində olmamalıdır. İranın müdafiə naziri Əhməd Vəhidi belə düşünür.
ABŞ hərbi qüvvələri İran körfəzində olmamalıdır - İranın müdafiə naziri

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir T.Cəfərov/

ABŞ hərbi qüvvələri İran körfəzində olmamalıdır. İranın müdafiə naziri Əhməd Vəhidi belə düşünür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr" agentliyi xəbər verib.

Onun sözlərinə görə, kənar qüvvələrin olması regionda hərc-mərclik yaradır.

Vəhidi bildirib ki, İran Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün tədbirlər görür və bundan sonra da görəcək.

Bir müddət əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Bill Spiks demişdi ki, ABŞ hərbi qüvvələrinin İran körfəzində yerləşdirilməsi onilliklər ərzində olduğu kimi, bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti