...

İsveçdə Azərbaycan və türk diasporları erməni saxtakarlıqlarına qarşı əməkdaşlığı müzakirə edib

Siyasət Materials 9 Yanvar 2012 10:55 (UTC +04:00)
Bazar günü İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri qurumun sədri Emil Mirzəyevin başçılığı ilə Stokholmda türk diasporunun iclasında iştirak ediblər.
İsveçdə Azərbaycan və türk diasporları erməni saxtakarlıqlarına qarşı əməkdaşlığı müzakirə edib

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bazar günü İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri qurumun sədri Emil Mirzəyevin başçılığı ilə Stokholmda türk diasporunun iclasında iştirak ediblər. Müzakirələrin əsas mövzusu iki türk diasporunun avropalı parlamentarilərin qondarma "erməni soyqırımı"na dair qətnamələri qəbul etmələrinə qarşı mübarizə üzrə əməkdaşlıq olub.

İAK sədrinin sözlərinə görə, iki diaspor arasında əməkdaşlığın güclənməsi ermənilərin 1915-ci ildə baş vermiş hadisələr haqqında Avropa ölkələrində yaydıqları yalanlara və saxtalaşdırdıqları faktlara qarşı məhsuldar fəaliyyətə təkan olacaq.

İclas Fransa Senatında "soyqırım" faktının inkarına görə cərimə və ya cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsi fonunda keçirilib.

İAK İsveç parlamentinin - Riksdaqın Osmanlı imperiyasının xristian əhaliyə, o cümlədən ermənilərə qarşı "soyqırım" faktını tanıyan qətnaməni qəbul etməsinin ikinci ildönümü münasibətilə qarşıdakı tədbirlərdə iştirakı dəstəklədiyini ifadə edib.

İAK üzvləri və Türkiyə Mədəniyyət Mərkəzinin nümayəndələri 1915-ci il hadisələrinə qiymət verəcək avropalı tarixçilərdən ibarət elmi komissiyanının yaradılması təklifi ilə də çıxış ediblər. İAK Birinci Dünya müharibəsi dövrünə dair zəruri tarixi materialların və məlumatların toplanmasında öz dəstəyini və köməyini də təklif edib.

İclasın sonunda bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsi barədə Avropadakı digər türk və türkdilli diasporlara birgə müraciət edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti