Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir A. Tağıyeva/
Suriyanın yeni konstitusiyası üzrə referendum martda, parlament seçkiləri isə təxminən may-iyun aylarında keçirilə bilər. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Suriya Prezidenti Bəşşar Əsəd bildirib.
Əsədin sözlərinə görə, hakimiyyət sabahdan etibarən belə, müxalifətlə danışıqlar aparmağa hazırdır, lakin müxalifət buna hazır deyil.
Suriya 9 ay yarımdır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.