...

Azərbaycanda olan Qazaxıstan vətəndaşlarının 50 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 15 Yanvar 2012 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.Kosolapova/

Saat 12:00-a olan məlumata görə, Azərbaycanda olan Qazaxıstan vətəndaşlarının parlament seçkilərində səs verməsi üçün Qazaxıstanın Azərbaycandakı səfirliyində yaradılan 140 saylı seçki məntəqəsində seçicilərin 50 faizdən çoxu səs verib. Bunu bazar günü Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Dastan Suleymenov bildirib.

Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.
Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir.

Xəbər lenti

Xəbər lenti