Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir T.Cəfərov/
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Türkiyəyə səfər edəcək. Bunu İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Mehmanpərəst deyib ki, Salehi Ankarada İran və Türkiyə müştərək iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edəcək.