...

Azərbaycan Prezidenti Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 20:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verildi ki, 420 şagirdin təhsil alacağı məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Qeyd edildi ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanmış, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılmışdır. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.

Prezident İlham Əliyev məktəblə yaxından tanış olub. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə tanış olub.

İnformatika otağında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bütün kompyuterlər internetə qoşulmuşdur.

Məlumat verildi ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər.

Qeyd edildi ki, məktəbin inzibati otaqları rahatlığı ilə diqqəti cəlb edir. Məktəbin kitabxanasında 5 mindən artıq vəsait toplanmışdır. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən guşə də yaradılmışdır.

Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında gənc idmançılarla görüşüb, onlarla söhbət edib, xatirə şəkli çəkdirib.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib.

Xəbər lenti

Xəbər lenti