Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.
Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq Aeroportunda Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.