...

Ötən il SAM 20 elmi-tədqiqat layihəsi həyata keçirib

Siyasət Materials 26 Yanvar 2012 10:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə 20 elmi-tədqiqat layihəsi həyata keçirib.
Ötən il SAM 20 elmi-tədqiqat layihəsi həyata keçirib

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə 20 elmi-tədqiqat layihəsi həyata keçirib.

Trend-in məlimatına görə, SAM-ın 2011-ci ildəki fəaliyyətinə dair hesabatda qeyd olunur ki, əksəriyyəti xarici dildə olmaqla 182 elmi məqalə çap edilib, 108 hesabat və arayış hazırlanıb, mətbuata və elektron mediaya 38 müsahibə verilib. Mərkəzin əməkdaşları hesabat ilində beynəlxalq miqyaslı müxtəlif konfrans və tədbirlərdə əsas məruzəçi və iştirakçı kimi 65 xarici ezamiyyətdə olub.

Mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliyi ilə fərqlənib. Yeniliklərə misal olaraq: Cənubi Qafqazda ilk beynəlxalq akademik "Caucasus İnternational" jurnalının təsis və nəşr edilməsini, Türkiyə, Rusiya, İtaliya, Argentina, Yunanıstan və Polşanın aparıcı "beyin mərkəzləri" ilə əməkdaşlıq haqqında memorandum və sazişlərin imzalanmasını, xarici KİV təmsilçilərinin Azərbaycana silsilə səfərlərinin təşkil edilməsinı və s. qeyd etmək olar.

Mərkəzdə elmi-tədqiqat fəaliyyəti istiqamətində: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sosial psixoloji ölçülər", "Ermənistanda 2011-ci ildə cərəyan edən ictimai-siyasi proseslər və gələcək inkişafına dair mülahizələr", "Azərbaycanda islam", "Azərbaycanda orta təbəqə: sosial, siyasi və iqtisadi aspektlər", "20 il ərzində Rusiya-Azərbaycan münasibətləri: tarix və perspektivlər", "Azərbaycan Türkiyə əlaqələri son 20 ildə", "Azərbaycan - Avropa iddialı ölkə" adlı araşdırmalar, eləcə də digər tədqiqatlar aparılıb.

Xəbər lenti

Xəbər lenti