...

"Erməni soyqırımı" haqqında qanun Türkiyəyə qarşı yönəlib - Ərdoğan

Siyasət Materials 1 Fevral 2012 14:09 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Türkiyəyə qarşı yönəlib və ona qarşı ədavət münasibətinin əlamətidir.
"Erməni soyqırımı" haqqında qanun Türkiyəyə qarşı yönəlib - Ərdoğan

Azərbaycan, Bakı, 1 fevral/Trend müxbir A. Tağıyeva/

Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Türkiyəyə qarşı yönəlib və ona qarşı ədavət münasibətinin əlamətidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə islamofobiya siması qarşısında susmayacaq və Avropanı buna qarşı addımlar atmağa çağırır.

Yanvarın 31-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu ilə razılaşmayan Fransa senatorları bu qanunun ləğvi tələbi üçün lazımi sayda imza toplayıblar.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti