...

Fransa Prezidenti və XİN rəhbəri arasında "erməni soyqırımı" məsələsində fikir ayrılığı var

Siyasət Materials 3 Fevral 2012 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir А.Таğıyeva/

Fransa Prezidenti Nikola Sarkozi və xarici işlər naziri Alen Jüpe arasında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi haqqında qanun layihəsi ilə bağlı fikir ayrılığı var.

Trend-in cümə günü "CNN Turk" telekanalına istinadən yaydığı məlumata görə, qanunun təsdiq olunmasına etiraz edən XİN rəhbəri Sarkozinin tənqidinə məruz qalıb. Prezidentin nazirlərlə görüşündən sonra Jüpe öz mövqeyindən geri çəkilməyi və bu məsələ ilə bağlı fikir bildirməməyi qərara alıb.

Yanvarın 31-də fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayaraq Konstitusiya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti