Azərbaycan, Bakı, 3 fevral /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşü olmuşdur.
Trend-in məlumatına görə, 48-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu, Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.