...

Fransada "Azərbaycan – Avropa iddialı ölkə" adlı kitab nəşr edilib

Siyasət Materials 7 Fevral 2012 10:36 (UTC +04:00)
Fransada "Azərbaycan – Avropa iddialı ölkə" adlı kitab nəşr edilib
Fransada "Azərbaycan – Avropa iddialı ölkə" adlı kitab nəşr edilib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Fransanın müxtəlif tədqiqat mərkəzləri ilə əməkdaşlığı çərçivəsində Fransanın məşhur "L'Harmattan" nəşriyyatında "Azərbaycan - Avropa iddialı ölkə" adlı kitab nəşr edilmişdir.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Avropa arasında münasibətlərin tarixindən və bugünündən bəhs edən bu əsər azərbaycanlı və fransız tədqiqatçıların, elm adamlarının müxtəlif mövzular üzrə apardığı əsaslı araşdırmaların yekun nəticəsidir.

Kitabda Avropa Azərbaycan münasibətlərinin tarixinə, Avropanın müxtəlif xalqları və ölkələri ilə iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş, Azərbaycanın Avropaya inteqrasiyası geniş təhlil edilmişdir. Nəşrdə həmçinin o da qeyd olunur ki, tarixi ipək yolu üzərində yerləşən Azərbaycan, Avropanın strateji tərəfdaşı olmuş, müstəqillik qazandıqdan sonra yenidən qərb və şərq arasında münasibətlər zəncirində tarixi körpü rolunu bərpa etmiş, Avropanın enerji tərəfdaşına çevrilmişdir.

Kitabda yer alan tədqiqatlar müstəqillikdən sonra Azərbaycanın inkişaf xüsusiyyətləri, enerji resurslarının istehsalı fonunda ölkə iqtisadiyyatının perspektivləri və regional geosiyasi mühitdə Azərbaycanın xarici siyasət kursu haqqında müxtəlif mövzuları əhatə edir.

Kitabda Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə onun tarixinə mühüm yer ayrılmışdır. Regionda sülh və təhlükəsizliyin əsas təhdid mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin tarixinə, etnik münasibətlərin təkamülünə, münaqişənin həqiqi səbəblərinə xüsusi diqqət ayrılmışdır.

Xəbər lenti

Xəbər lenti