...

Azərbaycanın XİN rəhbəri Avropa Xalq Partiyasının konfransında iştirak edəcək

Siyasət Materials 7 Fevral 2012 14:06 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək.
Azərbaycanın XİN rəhbəri Avropa Xalq Partiyasının konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir S.Ağayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə XİN-in Twitter-dəki rəsmi səhifəsində məlumat verilir.

Məmmədyarov konfransda məruzə ilə çıxış edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Avropa Xalq Partiyası (EPP) - Ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir.

39 Avropa ölkəsindən 73 üzvü olan partiya qitənin 20 ölkəsinin, o cümlədən Avropa İttifaqına üzv 14 ölkənin və Avropa İttifaqına üzv olmayan 6 ölkənin hökumət başçılarını təmsil edir.

Əsası 1976-cı ilə qoyulan EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiyadır. Məqsədi demokratiklik, şəffaflıq və effektivlik prinsiplərilə federal Avropa quruculuğuna nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti