...

İlham Əliyev Finlandiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 8 Fevral 2012 16:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın yeni seçilmiş Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb
İlham Əliyev Finlandiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın yeni seçilmiş Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Niinistö, Finlandiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" İlham Əliyevin təbrik məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti