...

Aİ Azərbaycana sosial məsələlərdə texniki və konsultativ kömək göstərməkdə davam edəcək

Siyasət Materials 10 Fevral 2012 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir S.Ağayeva/

Avropa İttifaqı (Aİ) Azərbaycana sosial məsələlərdə texniki və konsultativ kömək göstərməkdə davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə sosial və təhsil məsələləri üzrə Azərbaycan-Aİ alt komitəsinin iclasında iştirak edən Aİ-nin nümayəndə heyətinin rəhbəri Con Kyaer cümə günü iclasın yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iclas nəticə etibarilə hər iki tərəf üçün səmərəli keçib.

Kayer bildirib ki, iclasda tərəflərin gələcək əməkdaşlığı üzrə bir sıra məsələlər müzakirə olunub.

"Aİ əsas diqqəti insan resurslarına ayırmaq fikrindədir, çünki bunsuz cəmiyyət inkişaf edə bilməz", - o deyib.

Cümə axşamı Bakıda Aİ və Azərbaycanın əməkdaşlığı üzrə komitə çərçivəsində yaradılan məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiyalar üzrə alt komitənin ikigünlük iclası açılıb.

Xəbər lenti

Xəbər lenti