...

Azərbaycan Prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Siyasət Materials 14 Fevral 2012 15:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan, Bakı, 14 fevral / Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib.

"Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm", - təbrikdə deyilir.

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasındakı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.

"Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti