...

İlham Əliyev Fələstin dövlətinin Prezidentinə başsağlığı verib

Siyasət Materials 17 Fevral 2012 16:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa başsağlığı verib
İlham Əliyev Fələstin dövlətinin Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa başsağlığı verib.

"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fələstin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!" İlham Əliyev başsağlığı məktubunda bildirib.

Xəbər lenti

Xəbər lenti