...

Türkiyə daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan FHN-də olub

Siyasət Materials 23 Fevral 2012 19:27 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyə daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan FHN-də olub

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in cümə axşamı FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Qonaq da öz növbəsində, Azərbaycanla Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini və bunun təqdirəlayiq olduğunu qeyd edib, iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin, müxtəlif görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirib.

O, həmçinin, Azərbaycan xilasedicilərinin Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı göstərdikləri fədakarlığa görə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti