...

İlham Əliyev Küveyt Əmirini təbrik edib

Siyasət Materials 24 Fevral 2012 19:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Küveyt Əmirini təbrik edib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Küveyt münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha möhkəm cansağlığı, işlərində uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti