...

Azərbaycanın Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibinə dəyişiklik edilib

Siyasət Materials 27 Fevral 2012 11:59 (UTC +04:00)
Azərbaycanın Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibində dəyişiklik edilib.
Azərbaycanın Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibinə dəyişiklik edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibində dəyişiklik edilib.

Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Komissiyanın sədri vəzifəsinə Baş nazirin müavini Abid Şərifov, Komissiya sədrinin müavini Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov təsdiq edilib.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, nəqliyyat nazirinin müavini Musa Pənahov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Qulu Novruzov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Nazirlər Kabineti Aparatının Nəqliyyat və rabitə şöbəsinin müdiri Elşən Hacızadə, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxişev, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi Fuad Dadaşov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri Novruzəli Orucov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Texniki Universitetinin Yol hərəkəti təhlükəsizliyi kafedrasının müdiri Əsgər Tağızadə, Bakı Şəhər İcra Hakimiyyəti şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi İsa Deystani Komissiyanın üzvləri təyin edilib.

Xəbər lenti

Xəbər lenti