Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir S.Ağayeva/
Venesuela hökuməti Azərbaycanda müvəqqəti işlər vəkili səviyyəsində diplomatik nümayəndəlik açmağa qərar verib. Bu barədə çərşənbə axşamı Trendə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verib.
Qeyd edək ki, Azərbaycan ilə Latın Amerikası ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
Azərbaycanın Latın Amerikasında ilk səfirliyi 2010-cu ilin sonunda Argentinada fəaliyyətə başlayıb. Bir neçə gün əvvəl Argentina xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri zamanı Argentinanın Azərbaycanda səfirliyinin açılacağına dair rəsmi açıqlama verilib.